"Zirə" Avropa Liqasında mübarizəni dayandırdı Yenilənib

"Zirə" bu gün Avropa Liqasının birinci təsnifat mərhələsində cavab görüşünə çıxıb.

Newsport.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Şerif"lə qarşılaşıb.

Görüşün əsas və əlavə vaxtı Moldova təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan "Şerif" növbəti mərhələyə vəsiqə qazanıb.

Bu komandalar arasında Tiraspolda baş tutmuş oyun "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları

20:00. "Zirə" (Azərbaycan) - "Şerif" (Moldova) - 1:2 (Penaltilər - 4:5)

Qol: Rafael Utziq, 5 (1:0), Əyyub Allaş, 54 (1:1), Papa Yade, 77 (1:2)

Qırmızı vərəqə: Salifu Suma, 40 ("Zirə")

Hakimlər: Bulat Sarıyev, Denis Lobaşov, Yuri Tixonyuk, Aidın Tossibayev (Qazaxıstan) 

"Dalğa Arena" 

İlk oyun - 1:0





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right