Portuqaliya mətbuatı 1/8 finala yüksəlmək üçün "Braqa"nın “Qarabağ”ı ilə Avropa Liqasının pley-off cavab oyununda (ilk oyun – 2:4) nə etməli olduğunu açıqlayıb.
Newsport.az xəbər verir ki, “SIC Notícias” portalı “Qarabağ” – “Braqa” görüşü haqda bunları yazıb:
"Pley-off mərhələsində ilk görüşdəki məğlubiyyət "Braqa"nı Bakıda tarixi nəticə qazanmağa məcbur edir. Avrokuboklarda heç vaxt “Braqa” pley-off mərhələlərində iki və ya daha çox qol fərqindən uğurlu nəticə ilə çıxa bilməyib. Komandaya altıncı dəfə AL-in 1/8 finalına yüksəlmək üçün məhz bu lazımdır".
Qeyd edək ki, “Qarabağ” – “Braqa” görüşü sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və matça 21:45-də start veriləcək.