UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlərin adı açıqlanıb.
Newsport.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirin də adı siyahıya daxil edilib.
Ağdam klubunun aparıcı üzvü komandasının Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəldiyi görüşdə 2 qol və bir məhsuldar ötürmə ilə oynayıb.
Digər namizədlər isə Ruben Loftus-Çik("Milan"), Mauro İkardi("Qalatasaray") və Anxel Di Mariyadır ("Benfika").
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.