Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Rakuv" Azərbaycana gəlib.
Newsport.az-ın məlumatına görə, Polşa klubunu gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib. Bu barədə Çenstohova təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Qarabağ" - "Rakuv" görüşü avqustun 2-si saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Komandalar arasında Polşada keçirilən ilk oyun Ağdam təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

