"Qarabağ"a qol vuran: "Hələ heç nə itirilməyib"

“Linkoln”un hücumçusu Kike Qomes Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a (1:2) vurduğu yeganə qol haqda danışıb.

Newsport.az-ın məlumatına görə, Kike Bakıda keçiriləcək cavab oyunundan gözləntilərini də bölüşüb:

“İlk oyun göstərdi ki, “Qarabağ”a qarşı şansımız var. Evdəki məğlubiyyətə baxmayaraq, hələ heç nə itirilməyib. Bir qol hətta şansları da geri qaytara bilər. Biz yenidən “Qarabağ”a qol vura bilərik. Şansımız az da olsa, var və onlardan istifadə etmək lazımdır. Yenidən qol vurmağa çalışacam”.

Xatırladaq ki, "Qarabağ" - "Linkoln" görüşü iyukun 19-da BOS-da keçiriləcək və matça 20:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right