"Qarabağ"ın Çempionlar Liqası oyunlarının vaxtı və məkanı açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Linkoln"la keçirəcəyi oyunların məkanı və saatı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Cəbəllütariqdəki qarşılaşma "Viktoriya" stadionunda baş tutacaq. Azərbaycandakı matç isə Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, ilk görüş 11 iyul tarixində Bakı vaxtilə saat 19:30-da Cəbəllütariqdə, cavab oyunu isə iyulun 19-da Azərbaycanda gerçəkləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right