"Mançester Siti" və "Real" qalib gəldi, PSJ bərabərə qaldı Yenilənib

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, son oyun günü üçün nəzərdə tutulan 8 qarşılaşmadan 2-si artıq başa çatıb.

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Avstriyada "Zalsburq"a uduzub. F qrupunun oyununda Almaniya "Leyptsiq"i evdə "Seltik"ə (Şotlandiya) qalib gəlib.

E qrupunun digər matçında isə "Çelsi" İngiltərədə "Milan"ı qəbul edəcək. F qrupunda isə turnirin son qalibi "Real" Polşada Donetsk "Şaxtyor"u ilə qarşılaşacaq. 

G qrupunda "Mançester Siti" "Kopenhagen"i, "Sevilya" isə "Borussiya"nı (Dortmund) qəbul edəcək.

H qrupunda "Yuventus" İtaliyada İsrailin "Makkabi" (Hayfa), "Benfika" isə Portuqaliyada PSJ ilə üz-üzə gələcək.

5 oktyabr

Çempionlar Liqası

Qrup mərhələsi, 3-cü tur

E qrupu

20:45. "Zalsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0

Qol: Okafor, 71 pen.

23:00. "Çelsi" (İngiltərə) - "Milan" (İtaliya) - 3:0

Qollar: Fofana, 24. Obameyanq, 56. Ceyms, 62

Xal durumu: "Zalsburq" - 5, "Çelsi" - 4, "Milan" - 4, "Dinamo" - 3

F qrupu

20:45. "Leyptsiq" (Almaniya) - "Seltik" (Şotlandiya) - 3:1

Qollar: Nkunku, 27, Silva, 64, 77 - Yota, 47

23:00. "Real" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:1

Qollar: Rodriqo, 13. Vinisius, 28 - Zubkov, 39

Xal durumu: "Real" - 9, "Şaxtyor" - 4, "Leyptsiq" - 3, "Seltik" - 1

G qrupu

23:00. "Mançester Siti" (İngiltərə) - "Kopenhagen" (Danimarka) - 5:0

Qollar: Haaland, 7; 32. Xoçolava, 39-avtoqol. Riyad Mahrez, 55-penalti. Alvares, 76

23:00. "Sevilya" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 1:4

Qollar: En-Neseri, 51 - Gerreyro, 6. Bellingem, 41. Adeyemi, 43. Brandt, 75

Xal durumu: "Mançester Siti" - 9, "Borussiya" - 6, "Kopenhagen" - 1, "Sevilya" - 1

H qrupu

23:00. "Yuventus" (İtaliya) - "Makkabi" (Hayfa, İsrail) - 3:1

Qol: Rabyo, 35, 83. Vlahoviç, 50 - David, 75

23:00. "Benfika" (Portuqaliya) - PSJ (Fransa) - 1:1

Qollar: Danilo, 41-avtoqol - Messi, 22

Xal durumu: PSJ - 7, "Benfika" - 7, "Yuventus" - 3, "Makkabi" - 0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right