"Qarabağ"ın hücumçusu tanınmış futbolçu ilə eyni siyahıda

"Wiw Sport" nəşri 2022/23 mövsümündə ən çox qol vuran seneqallı futbolçulardan ibarət siyahı tərtib edib.

Newsport.az xəbər verir ki, "Qarabağ"ın forvardı İbrahima Vadjinin də adına burada rast gəlmək olar.

O, yeni mövsümdə 7 matçda 4 qol vuraraq adını həmin siyahıya yazdıra bilib. Hazırda 27 yaşlı forvard üçüncü pillədədi.

İlk pillədə isə 19 matçdan sonra aktivində 9 qol olan Alion Ndourdur ("Hauqesun").

Sadio Mane ("Bavariya) isə ikinci pillədə yer alıb. O, bu mövsüm 4 matça 4 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right