UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Viktoriya” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, öncə "Qarabağ"ın çalışdırıcısı mətbuat önünə çıxacaq. Ağdam klubunun baş məşqçisinin mətbuat konfransı avqustun 16-ı 12:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 18:15-də isə "Azərsun Arena"da media üçün ilk 15 dəqiqəsi açıq olan məşq keçiriləcək.
Həmin gün 19:45-də Tofiq Bəhramov adına Respublika stadionunda "Viktoriya"nın baş məşqçisi Mixal Bilekin mətbuat konfransı nəzərdə tutulub. 20:30-da isə Plzen klubunun media üçün ilk 15 dəqiqəsi açıq məşqi baş tutacaq.
Qeyd: Oyunundan öncə və sonra mətbuat konfranslarında iştirak edəcək media nümayəndələrinin UEFA-nın tələbinə əsasən, FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.