"Azarkeşlər oyunun ağırlığını hiss edirlər" - “Ferentsvaroş”un prezidenti

Macarıstan “Ferentsvaroş”unun prezidenti Qabor Kubatov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə,  o, duelin iki matçdan ibarət olduğunu deyib: "Slovan"la oyunda da bir dəqiqə belə ruhdan düşmədik və nəticə qazandıq. Azarkeşlər qarşılaşmanın ağırlığını hiss edirlər. Futbolçularımız da oyunun əhəmiyyətinin fərqindədirlər. Odur ki, azarkeşlərimiz qazanacağımız uğuru canlı izləmək şansını qaçırmamalıdır”.
 
Qeyd edək ki, sabah Macarıstanda keçiriləcək "Ferentsvaroş" – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş 1:1 hesabı ilə başa çatıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah