“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı

“Qəbələ” U-19 komandası bu gün Gənclər Liqasında növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv “Alkmaar”ın (Niderland) qonağı olub. Klubun məşq mərkəzində keçirilən oyun meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.


“Qəbələ” U-19 Azərbaycanda keçirilən ilk matçda “Alkmaar”a 0:4 hesabıyla uduzub. Beləliklə, "qırmızı-qaralar" turnirdə mübarizəni dayandırıb.

 

Gənclər Liqası, 1-ci tur, cavab oyunu

19 oktyabr

19:00. "Alkmaar U-19" (Niderland) – "Qəbələ U-19" - 7:0

Qollar: Nik Koster, 4, 36, Fedde de Yonq, 17, Van Brederode, 43, Van Aken, Tom Kerssens, 60, Meks Merdink, 72
Baş hakim: Dario Bel (Xorvatiya)
İlk oyun – 4:0

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah