Mahir Emreli Çempionlar Liqası üçün sifariş olundu

Polşanın “Legiya” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində Norveç “Bude-Qlimt”inə qarşı keçiriləcək iki oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Varşava təmsilçisində çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli də Çempionlar Liqasının oyunları üçün sifariş olunub.

“Legiya” ÇL matçı üçün Mahirlə yanaşı, daha 4 hücumçu sifariş edib. Bunlar Tomaş Pexart, Ernest Muçi, Rafa Lopes və Lukinyasdır.

“Legiya” “Bude-Qlimt”lə ilk matçını iyulun 7-də səfərdə keçirəcək. Komandalar arasında cavab oyunu iyulun 14-də Polşada olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right