Çempionlar Liqasında yeni mövsümə start verildi

Çempionlar Liqasında 2020/2021 mövsümünə start verilib.

Newsport.az-ın məlumatına görə, ilkin təsnifat mərhələsində iki görüş keçirilib.

San Marinonun "Tre Fiori" klubu Şimali İrlandiya təmsilçisi "Linfild"də qarşılaşıb. İsveçrənin Nyon şəhərində keçirilən görüşdə "Linfild" qalib gəlib - 2:0. Qolları Bastien Heri (71) və Kristi Manzinqa (83) vurub.

Digər matçda Kosovo "Drita"sı Andorranın "İnter Eskaldes" klubu qarşılaşıb. Oyun "Drita"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları "Drita"dan Cevdet Şabani (21) və Hamdi Namani (45+3) vurub. "İnter Eskaldes"dən Emil Qarsia (29) fərqlənib.

Avqustun 11-də "Drita" ilə "Linfild" üz-üzə gələcək. Bu görüşün qalibi isə 1-ci təsnifat mərhələsinə yüksələcək.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right