Yeni mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki 12 potensial rəqibi dəqiqləşib.
Newsport.az-ın məlumatına görə, 21 min xalı olan Ağdam təmsilçisi səpələnmişlər səbətində olacaq. Bu da o deməkdi ki, “Köhlən atlar”ın Itəsnifat mərhələsindəki rəqibi aşağı reytinq xalına malik komanda olacaq.
I təsnifat mərhələsində mübarizə aparacaq 34 komandada 29-u artıq bəllidi. Onlar 2 səbətə bölünəcək və hər siyahıda 17 komanda yer alacaq. Bir komanda ilkin mərhələdən bu siyahıya qoşulacaq. Orda iştirak edəcək iki klubun da adı artıq məlumdu – “Linfild” (Şimali İrlandiya) və “Tre Fiori” (San-Marino). Bu klubları da “Qarabağ” üçün potensial rəqib hesab etmək lazımdı. Çünki ilkin mərhələnin qalibi olacaq komandanın I təsnifatda “səpələnməyəcəyi” artıq bəllidi.
I təsnifat mərhələsinin səpələnmişlər səbətində isə “Qarabağ”la yanaşı, “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), Legiya (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferentsvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva) və “Omonia” (Kipr) klubları da yer alacaq. Eyni zamanda onlara Rumıniya çempionu qoşulacaq.
Son olaraq bu siyahıya daha əvvəl səbəti qqyri-müəyyən olan “Yurqorden”in (İsveç) klubu qoşulması ilə Ağdam klubunun potensial rəqiblərinin sayı 12-yə çatıb. Səpələnməmişlər səbətinin mövcud tərkibi belədi:
Yurqorden (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), , “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta).
“Fola” (Lüksemburq), “Sarayevo” (Bosniya və Herseqovina), “Dinamo”nu (Tbilisi, Gürcüstan) hansı səbətdə yer alacağı hələlik dəqiqləşməyib.