Çempionlar Liqası: "Qalatasaray" doğma meydanda uduzdu, "Benfika"dan səfər qələbəsi

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start verilib.

Newsport.az xəbər verir ki, artıq iki oyuna yekun vurulub.

“Qalatasaray” İstanbulda “Yunion”u (Belçika) qəbul edib və 0:1 hesabı ilə uduzub. Yeganə qolu 57-ci dəqiqədə  Promis Devid vurub.

Digər matçda “Ayaks” (Niderland) evdə “Benfika” (Portuqaliya) ilə qarşılaşıb. Matç portuqaliyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb (qollar: Samuel Dal, 6, Leandro Barreyro, 90).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right