PFL prezidenti "Qarabağ"ı təbrik etdi

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyanın “Benfika” klubu üzərində 3:2 hesablı səfər qələbəsi qazanması münasibətilə təbrik edib.

Newsport.az xəbər verir ki, Səmədov bu uğurla bağlı feysbuk hesabında bunları yazıb:

“Qarabağ” klubunu növbəti tarixi nəticə münasibətilə təbrik edirəm. Bu dəfə qələbə Avropanın ali klub turnirində - Çempionlar Liqasında gəldi. Təsnifat mərhələsində də rəqiblərinə şans verməyən “Qarabağ” qitənin adlı-sanlı “Benfika” klubunu da məğlub edərək Liqa mərhələsinə də böyük zəfərlə başladı. 
Bu qələbədə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirir, onların simasında sevincimizi bölüşməkdən sonsuz məmnunluq duyduğumu  vurğulamaq istəyirəm. 
Təşəkkürlər, “Qarabağ”!".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right