"Qarabağ"la oyun üçün Bakıya gəldilər

"Şkendiya" UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ"ın qonağı olacaq.

Newsport.az xəbər verir ki, Şimali Makedoniya təmsilçisi artıq Azərbaycana gəlib. 

Bu gün baş məşqçi Jeton Beqirinin mətbuat konfransı və komandanın oyunöncəsi məşqi baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" Skopyedə keçirilən ilk oyunda "Şkendiya"ya 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasındakı cavab görüşü sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right