“Qarabağ” Çempionlar Liqasına 2-ci təsnifat mərhələsindən başlayacaq! Rəsmi

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünə 2-ci təsnifat mərhələsindən başlayacağı rəsmiləşib. 

Newsport.az xəbər verir ki, bu məlumatı "Qarabağ"ın idarə heyətinin və UEFA-nın Yarışlarının Təşkili Komitəsinin üzvü Asif Əsgərov verib. 

 

 
 
 
 
 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv ed

Asif Əsgərovun dediyinə görə, bununla bağlı qərar bu gün Münhendə keçirilən sözügedən komitənin iclasında açıqlanıb. 

Bu, PSJ-nin ÇL-in finalına yüksəlməsindən sonra dəqiqləşsə də, bu gün UEFA tərəfindən rəsmən təsdiqlənib. 

Qeyd edək ki, ÇL-də 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də, qarşılaşmalar isə iyulun 22/23 və 29/30-da keçiriləcək.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right