Təsnifat mərhələsinin ən çox qol vuran oyunçusu Juninyo!

“Qarabağ”ın futbolçusu Olavio Juninyo Çempionlar Liqasının təsnifat mərhələsində 6-cı qolunu vurub.

Newsport.az xəbər verir ki, braziliyalı hücumçu dünən “Ludoqorets”ə (Bolqarıstan) qarşı keçirilən Çempionlar Liqasının üçüncü raundunun cavab matçında (7:2) bir dəfə fərqlənə bilib. Bununla da o, ÇL-in təsnifat mərhələsinin bombardirləri siyahısında liderliyi ələ 

Juninyo 6 qolu 4 oyunda vurub.

Bombardirlər siyahısında ikinci yeri “Klaksvik”dən (Farer adaları) Arni Frederiksberq (5 qol) tutur. Üçüncü-dördüncü yeri hərəyə 4 qolla “Fənərbaxça”dan (Türkiyə) Edin Ceko və FKSB-dən (Rumıniya) Darius Olaru bölüşdürür.

TOP-5-i isə “Qarabağ”ın digər oyunçusu Yassin Benzia qapayır. Onun aktivində 3 qol var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right