Arda Güler Çempionlar Liqası medalı almaya bilər

"Real"ın futbolçusu Arda Güler Çempionlar Liqasında medal almaya bilər.

Newsport.az xəbər verir ki, buna səbəb UEFA-nın 2022-ci ildə tətbiq etdiyi qaydadır. Futbolçu mövsüm ərzində turnirin oyunlarında meydanda olmayıbsa, ona medal verilmir.

Arda Gülerin Çempionlar Liqası uğurunun olması baş məşqçi Karlo Ançelottidən asılıdır. İtalyan mütəxəssis "Borussiya" ilə keçiriləcək final matçında şans verməsə, 19 yaşlı yarımmüdafiəçi medalsız qalacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right