De Byazi: "Çempion İtaliya olacaq"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2020-nin İngiltərə ilə İtaliya arasında oynanılacaq final matçı barədə fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis ölkəsinin yığmasının çempion olacağını sözləyib:

"AVRO-2020 başlamazdan əvvəl Belçika, İtaliya və İngiltərə yığmalarının qızıl medallar uğrunda mübarizə aparacağını proqnoz vermişdim. Çox düzgün təxmin etmişəm. Fransızlar məni çox məyus etdilər. Mükəmməl komandaya sahibdilər, amma görünür, onlarda mentalitetlə bağlı problem yaşandı.

İtaliyanın çətin oyunlardan sonra dincəlmək üçün daha çox vaxtı oldu. İtaliya finalda qələbə qazanacaq. Yarımfinalda İspaniya ilə görüşdə əziyyət çəkdilər. Amma bu vəziyyətdən narahat olmadım. Komanda bundan əvvəl Avstriya ilə çətin matç oynamışdı və öz gücünü göstərmişdi. Topu istənilən yerdə idarə edə bilirlər.

İtalya gənc kollektivdi. Bu oyunçular daha da inkişaf edəcəklər və Roberto Mançiniyə onlarla işləmək çox rahat olacaq. Komandada heç kim özünü ulduz hesab etmir. Hər kəs bir-birini sevir. Meydanda bir-birilərini gözüyumulu başa düşürlər.  İtaliya millisi möhtəşəm ailədi. Onların bir-biriləri ilə heç bir problemi yoxdu".

İyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək İtaliya - İngiltərə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right