“Sabah”ın yeni transferinin ilk təəssüratları

“Sabah”ın yeni transferi Xuan Kamara keçidi ilə bağlı təəssüratlarını bölüşüb.
 
Newsprot.az xəbər verir ki, 27 yaşlı futbolçu klubun saytına bildirib ki, tezliklə komanda ilə məşqlərə başlamağı gözləyir:
 
“Bura gəldikdən sonra gördüklərimə əsasən ilkin təəssüratlarım möhtəşəmdir. Bu gün yeni komanda yoldaşlarımla tanış olacam. Komandaya qoşulmaq, məşqlərə başlamaq üçün səbirsizlənirəm. Yeni mövsümün bizim üçün möhtəşəm olmasını istəyirəm”.
 
Qeyd edək ki, ispaniyalı vinger Polşanın “Yagelloniya” klubundan bir illik icarəyə götürülüb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right