Futbol üzrə Azərbaycan Kubokunda səfər qolunun ləğvi məsələsi müzakirə edilir.
Newsport.az-ın məlumatına görə, bu barədə "Report"a Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
Onun sözlərinə görə, hələ ki, bu yöndə konkret bir şey yoxdur: "Futbolla bağlı bütün məsələləri müzakirə edirik. Amma yekunda necə olacaq, o barədə məlumatım yoxdur".
UEFA avrokuboklarda səfər qolu qaydasını ləğv edib. Azərbaycan Kubokunun 1/8 final mərhələsi bir oyundan ibarət olduğundan, bu qayda 1/4 və 1/2 final matçlarında tətbiq edilir.