“Neftçi”nin futbolçusu məşqçini niyə döymək istəyib?

Premyer Liqanın 21-ci turunda “Sumqayıt”a gözlənilmədən məğlub olan (0:2) “Neftçi”nin düşərgəsində xoşagəlməz hadisə baş verməsindən xəbərdarsız

Newsport.az-ın məlumatına görə, komandanın məşqçisi Seymur Rəhimov Yusuf Lavalı təhqir edib. Hadisə ilk hissədən sonra yaşanıb.

Nigeriyalı yarımmüdafiəçinin epizodların birində yol verdiyi səhv Samir Abasovun köməkçisini özündən çıxarıb və onu bir neçə kəlmə ilə “bəzəyib”.

Hadisənin davamı paltardəyişmə otağında qeydə alınıb. Vəziyyəti belə görən baş məşqçi Lavalı Keysuke Honda ilə əvəzləməyi fürsət bilib.

Redaksiyamıza bununla bağlı yeni bilgilər daxil olub. Belə ki, Abasov son olaydan dolayı Lavala xəbərdarlıq edib və əvəzedici heyətə göndərəcəyi ilə hədələyib.

Demə, afrikalı legioner haaqqında dediyi sözlərə görə Rəhimovun üzərinə yeriyib. Lavalın baş məşqçinin köməkçisinə əl qaldırmasına komanda üzvləri imkan verməyib.

Bu zaman yarımmüdafiəçi ingilis dilində bəzi xoşagəlməz ifadələr işlədib. Onun söylədiklərini isə Vüqar Əliyev Samir Abasova tərcümə edib.

Nigeriyalı qərəzli münasibətdən şikayətlənib, Hondaya görə gözümçıxdıya salındığını iddia eləyib və belə yanaşmadan sonra burada qalmaq istəmədiyini bildirib.

sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right