Avropanın yüksək reytinqli çempionatlarında 2021-ci ildə məğlubiyyət üzü görməyən klubların adları açıqlanıb.
Newsport.az saytının məlumatına görə, “Top-5” və onları izləyən digər reytinqli liqalarda ümumilikdə 7 klub üçün ili uğurlu saymaq olar.
Çünki həmin komandalar bu il hələ uduzmayıblar.
Maraq üçün qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2021-ci ildə cəmi 4 tur keçirilib. 5-ci turunun başa çatmaq üzrə olduğu çempionatımızda hələlik yalnız “Zirə” məğlub olmayıb.