“Qarabağ”ın istədiyi futbolçu Türkiyə klubuna keçdi

Bosniya və Herseqovinanın “Sarayevo” klubunun futbolçusu Amar Rahmanoviç karyerasını Türkiyədə davam etdirəcək.
 
Newsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Konyaspor” klubuna keçib.
 
Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Rahmanoviçlə 1.5+1 şərti ilə müqavilə imzalanıb.
 
Bosniya və Herseqovina milli komandasının da üzvü olan Rahmanoviçin adı ötən ilin yayında “Qarabağ”la hallansa da, futbolçunun Ağdam klubuna keçidi baş tutmamışdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right