Yığmamız uduza-uduza irəliləyir

Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Newsport.az saytının məlumatına görə, sonuncu dəfə 4 ay öncə açıqlanan siyahıda bir sıra dəyişikliklər baş verib.

Azərbaycan millisi 1319 xalla 72-ci yerdə qərarlaşıb. Hesabat dövründə Avropa çempionatının Polşa və Çexiya ilə seçmə oyunlarında eyni – 0:3 hesabı ilə uduzan yığmamız ötən cədvəllə müqayisədə 4 pillə irəliləyib. Komandamız avqustda 1326 xalla dünyanın 76-cısı idi.

Qeyd edək ki, siyahıya ABŞ (2192), Almaniya (2091), Fransa (2032) yığmaları başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right