Azərbaycan millisinin daha iki üzvü koronavirusa yoluxdu

Azərbaycanda daha iki futbolçu koronavirusa yoluxub.

Newsport.az-ın əldə etdiyi məlumata görə, milli üzvləri – Vüsal İsgəndərli və Rəhman Hacıyevin test nümunələri pozitiv çıxıb. Bu səbəbdən hər iki futbolçu “Keşlə”nin “Zirə”yə qarşı Premyer Liqanın X tur oyunu üçün heyətinə daxil edilməyib.

Yığmanın düşərgəsindən qayıtdıqdan sonra test verən oyunçuların nəticəsi müsbət olub və hər ikisi dərhal karantinə alınaraq, müalicəyə başlanıb.

Daha əvvəl Azərbaycan millisinin düşərgəsində Maksim Medvedev, Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa toluxub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right