Ruslan Abışov: “Xal itirmək limitimiz tükənib”

“Sabah”dan gözləntilər böyük olsa da, komanda hələ ki, bunları qarşılaya bilmir. Paytaxt klubu 9 turdan sonra 6 xalla sonuncu pillədədi. Uğursuzluq zolağına düşən “futuristlər” son 6 matçda nəinki qələbə, xal da qazanmayıb.
 

Newsport.az-ın məlumatına görəkomandanın kapitanı Ruslan Abışov bunun belə davam etməyəcəyini, tezliklə toparlanıb, yüksək sıralara qalxacaqlarına inanır. Təcrübəli müdafiəçi “FutbolPress”ə açıqlamasında söylədi:
 
“9 turdan sonra sonuncu pillədə olmaq, əlbəttə, xoş deyil. Bunun dəqiq səbəblərini söyləmək mənim üçün bir qədər çətindi. Sadəcə, onu deyə bilərəm ki, bu, belə davam etməyəcək. Tezliklə toparlanıb, turnir cədvəlində yüksələcəyik”.
 
Premyer Liqanın X turunda sabah “Səbail”i qonaq edəcəkləri matç barədə fikirlərini bildirən Abışov artıq xal itirmək limitlərinin dolduğunu və qələbə qazanmaq üçün hər şeyi edəcəklərini bildirdi:
 
“Səbail” uzun müddətdi məğlub olmayan komandadı. Bundan başqa, təcrübəli və olduqca keyfiyyətli yerli oyunçulara sahibdilər. Buna baxmayaraq, biz sabahkı oyunda qələbə üçün hər şeyi edəcəyik. Artıq xal itirmək limitimiz tükənib”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right