Millimiz Millətlər Liqasında geri getdi

Azərbaycan millisi Millətlər Liqası yarışında nəticəsini pisləşdirib.

Newsport.az xəbər verir ki, C divizionunun 1-ci qrupunda cəmi 6 xal toplayıb. İtaliyalı Canni de Byazinin rəhbərliyi altında keçirilən 6 oyunda 1 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət qeydə alınıb.

Bundan əvvəlki və ilk yarışda isə komandamız 9 xal qazanmışdı (D divizionunun 3-cü qrupu) . O vaxtkı baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında millimiz keçirdiyi 6 oyunda 2 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib və 1 matçda isə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right