Yığmamızın futbolçusu üzləşdiyi hadisə haqda: "Otaqdan bayıra çıxmağa icazə yoxdur"

"Sloveniya ilə qolsuz heç-heçə etdiyimiz yoldaşlıq oyunundan sonra otelə getdik. Hər şey qaydasında idi. Növbəti gün Zaqrebə yola düşdük. Həmin axşam isə otaqda temperaturum qalxdı".

Newsport.az-ın məlumatına görə, bu fikirləri "report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə koronavirusa yoluxması ilə bağlı danışarkən deyib.

27 yaşlı sol cinah oyunçusu özünü pis hiss etdiyini bildirib: "Daha sonra test verdik və nəticəsi müsbət oldu. Hazırda oteldə karantindəyəm.

Otaqdan bayıra çıxmağa icazə yoxdur. Ən azı 10 gün belə olacaq. Temperaturum bir az düşüb. Halsızlıq və baş ağrısı var".

Təmkin Xəlilzadədən başqa yığmanın digər üzvü Rahil Məmmədov da koronavirusa yoluxub. Hər iki futbolçu UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Monteneqro ilə matçını (0:0) buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right