Rüfət Dadaşov ABŞ klubu ilə müqaviləni uzatdı

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubu ilə müqaviləsini yeniləyib.

Newsport.az ABŞ mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun yeni sözləşməsinin müddəti 2021-ci ilin sonunadəkdir. Onun əvvəlki müqaviləsi bu ayın sonuna qədər idi.

Qeyd edək ki, bu ilin fevralından "Finiks Rayzinq"də çıxış edən Rüfət Dadaşov USL liqasında geridə qalan mövsümdə 11 qol vurub, 4 məhsuldar ötürmə edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right