"Səbail"dən yeni transfer RƏSMİ

“Səbail” heyətinə yeni futbolçu cəlb edib.
 

Newsport.az-ın məlumatına görə, Bakı təmsilçisi iranlı yarımmüdafiəçi Bəxtiyar Rəhmaninin transferini həyata keçirib. 29 yaşlı oyunçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. O, yeni klubunda “8” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bəxtiyar Rəhmani 2013 və 2014-cü ildə İran yığmasının formasını geyinib. Təbrizin "Traktor" klubunun da şərəfini qorumuş futbolçu son olaraq 2019/20 mövsümündə “Sanat Naft” klubunun formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right