“Günahkar yox, çıxış yolu axtarırıq” “Sabah”ın prezidenti

“Çempionat uzun marafondur. Burda ardıcıl qələbələrlə yanaşı, məğlubiyyətlər də ola bilər".
 
Newsport.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Sabah" klubunun prezidenti Maqsud Adıgözəlov komandanın Azərbaycan Premyer Liqasındakı uğursuz çıxışı barədə danışarkən deyib.
 
Funksioner bildirib ki, mövsümə yaxşı başlayan kollektivin sonradan bunun ardını gətirə bilmə"Sabah"ın prezidenti: "Biz günahkar yox, çıxış yolu axtarırırq"məsinin bir neçə səbəbi var: "Fikrimcə, bu sualın konkret cavabı yoxdur. Amma düşünürəm ki, çempionatın əvvəlində qeydə alınan bunda futbolçuların psixoloji durumu, bir neçə əsas heyət oyunçusunun zədə səbəbindən bəzi matçları buraxması və s. səbəblər rol oynamış ola bilər. Komanda uduzursa, bunda hamının günahı var. Amma biz günahkar yox, səhvləri düzəltmək üçün yollar axtarırıq".
 
"Sabah" Premyer Liqada keçirdiyi son 6 oyunun hamısında uduzub. Buna baxmayaraq, Adıgözəlov baş məşqçi Visente Qomesi istefaya göndərmək barədə düşünmədiklərini söyləyib: "Qomes Azərbaycanda yenidir. Ona ölkə futboluna uyğunlaşmaq üçün vaxt lazımdır. Düzdür, son oyunlarda yaxşı nəticə əldə edə bilmirik. Amma deməzdim ki, komanda zəif oyun nümayiş etdirir. Biz baş məşqçiyə vaxt verilməsinin tərəfdarıyıq".
 
Klub prezidentinin sözlərinə görə, komandanın nəticələri Müşahidə Şurasının iclasında müzakirə olunacaq: "Bizdə Müşahidə Şurasının toplantısı ilin sonunda olacaq. Hələ ki, heç bir müzakirə aparılmayıb. Amma MŞ-nin iclası olanda bu məsələlər müzakirə ediləcək".
 
Adıgözəlov qış fasiləsində heyətdə ciddi dəyişikliklərin olmayacağını vurğulayıb: "Bu barədə danışmaq hələ ki, tezdir. Qarşıda bir neçə oyun var. Çempionatın ilk yarısı başa çatdıqdan sonra bu barədə dəqiq fikir bildirmək olar. Sadəcə, onu demək mümkündür ki, köklü dəyişikliklərin olması gözlənilmir".
 
Qeyd edək ki, "Sabah" 9 turdan sonra 6 xalla sonuncu pillədədir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right