"Qarabağ" mətbuatda komandanı geyim dəsti ilə təmin edən "Adidas" şirkəti ilə münasibətlərin pozulmasına dair məlumatlara aydınlıq gətirib.
Newsport.az xəbər verir ki, Ağdam təmsçisi bu barədə "Feysbuk" səhifəsində açıqlama yayıb. Klub bəyan edib, bu xəbərlər həqiqəti əks etdirmir.
Qeyd edək ki, Rusiyada bəzi erməni jurnalistlər, eləcə də Ermənistan KİV-ləri “Adidas” şirkətinin “Qarabağ” klubu ilə əməkdaşlığı birtərəfli qaydada dayandırdığına dair məlumatlar yaymışdı.