“Zirə”nin müdafiəçisi Ali Sesay və “Keşlə”nin yarımmüdafiəçisi Con Kamara Syerra Leone millisinə çağırılıblar.
Newsport.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Con Keyster Afrika Millətlər Kubokunun seçmə mərhələsində Nigeriya ilə keçiriləcək oyunlar üçün sözügedən futbolçuları da milliyə dəvət edib.
Qeyd edək ki, Nigeriya ilə matçlar noyabrın 9-u və 17-i oynanılacaq.