Azərbaycanlı futbolçu Rusiyada ən yaxşı seçildi

"Ufa"da oktyabrın ən yaxşı futbolçusu müəyyənləşib. 

Newsport.az-ın məlumatına görə, bu ada komandanın azərbaycanlı futbolçusu Azər Əliyev layiq görülüb.

Məlumatı klubun saytı yayıb. 26 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında aparılmış soğru nəticəsində səslərin 23.7 faizini toplayıb. Onun ən yaxın izləyicisi Komnen Andriç isə 17 faiz səs yığıb.

 Azər Əliyev oktyabr ayında 3 oyuna çıxıb və 1 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right