Riçard Almeyda "Zirə"də

Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeyda karyerasını yenidən Premyer Liqada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, ötən 1 ili Birləşmiş Ərəb Əmirliklərində keçirən orta sahə oyunçusu «Zirə» ilə anlaşıb.

Müxtəlif illərdə iki dəfə «Qarabağ»ın formasını geyinmiş braziliyalı «Baniyas»la sözləşməsinə xitam verib. «Sambaçı» qəsəbə təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalayıb. O, artıq sabah Bakıda olmalıdır. (sportinfo.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right