"Neftçi"nin legioneri: "Müharibə məni qorxutmur"

"Neftçi"nin yeni transferi Bruno Teluşi açıqlama verib.

Newsport.az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan 30 yaşlı albaniyalı yarımmüdafiəçi paytaxt klubu ilə müqavilə imzalamasından, ölkəmizdəki hərbi vəziyyətdən də danışıb:

"Gözləmədiyim anda "Neftçi"dən dəvət aldım. Hər şey düşündüyümdən tez baş verdi. Hazırda bu komandadayam. Özümü yeni macəraya hazır hiss edirəm.

“Kukesi” ilə müqaviləmdə belə bir bənd var idi ki, daha yaxşı təklif gəlsə, gedə bilərəm. Ümumiyyətlə, rəhbərlik bu məsələdə mənə mane olmadı. Əksinə, işimi asanlaşdırdılar. Buna görə onlara təşəkkür etməliyəm.

Azərbaycana gəldikdə isə düzdü, müharibə başlayıb. Amma bu, çoxdan davam edir. Hətta bunu kiçik müharibə adlandırırlar. Bu, məni qətiyyən narahat etmir. Qorxu üçün heç bir əsas yoxdu. Məni narahat edən yeganə məqam internetdi. Sürət çox zəifdirvə ailəmlə normal ünsiyyət qura bilmirəm (gülür). Hər futbolçu ölkə xaricində oynamaq istəyir. Bu, irəliyə doğru böyük addım atmaq və özünü göstərmək üçün fürsətdi. Mən də bunu istəyirəm. Arzuma çatdığım üçün şadam. Karyeramda irəliləmək şansım var. Çox yaxşı komandaya gəlmişəm. Özümü rahat hiss edirəm".

"Neftçi" Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right