“Azərbaycana öyrəşmə çalışıram, burada hər şey ürəyimcədir”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Səbail”in qvatemalalı qapıçısı Nikolas Hagen ölkəsinin mətbuatına müsahibəsində deyib.
Bakıdakı durumu ilə bağlı danışan 24 yaşlı qolkiper buradakı insanların mehriban olduqlarını bildirib:
“Bakıda müxtəlif mədəniyyətə malik insanlar var. Onlar istiqanlı və mehribandırlar. Sizə özünüzü evinizdəki kimi hiss etdirirlər. Sanki illərdir bu ailənin bir parçasısan. Hamı ilk gündən çox səmimi görünür və sənə kömək etməyə çalışır”.
Qeyd edək ki, Hagen bu yay ölkəsinin "Munisipal" klubundan "Səbail"ə keçib.