"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Neftçi" ilə matçda ordumuza dəstək məqsədi ilə hərbi futbolka geyinib.
Newsport.az-ın məlumatına görə, o, 1:0 hesabı ilə qalib gəldikləri görüşdə 90 dəqiqə texniki zonada hərbi futbolkada dayanıb.
Qeyd edək ki, "Zirə" və "Neftçi"nin futbolçuları da görüş başlamazdan əvvəl meydana hərbi formada çıxıblar.
