"Sabah" Azərbaycan Premyer Liqasının V turunda "Keşlə" ilə oyuna xüsusi formada çıxacaq.
Newsport.az-ın məlumatına görə, formanın ön hissəsində "Karabakh is Azerbaijan" (Qarabağ Azərbaycandır!) yazısı, arxa hissəsində isə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olmuş 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun adı həkk olunub.
"Sabah" - "Keşlə" matçı saat 15:30-da start götürəcək.
