Quluzadənin komandasından inamlı qələbə

Futbol üzrə Moldova çempionatında 11-ci turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Daçiya” ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
 
Millimizin sabiq üzvü bu görüşün iştirakçısı olmayıb. Amit sonadək ehtiyatda qalıb.
 
11 turdan sonra 23 xalı olan “Milsami” 10 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right