17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Newsport.az xəbər verir ki, hazırlıq prosesi sentyabrın 24-dən 30-dək Bakıda baş tutacaq.
Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər. Hazırlıq prosesinə 26 futbolçu dəvət olunub.

