Araz Abdullayev “Boluspor”da debüt etdi

Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin yeni transfer olunduğu “Boluspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Adana Dəmirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb.
 
Araz da bu görüşün iştirakçısı olub. O, Bolu təmsilçisindəki debüt matçında 70-ci dəqiqədə meydana buraxılıb.
 
İki turdan sonra hesabında 1 xal olan “Boluspor” 18 kollektiv arasında 13-cüdür.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right