Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti matçına çıxacıb.
Newsport.az saytının məlumatına görə, millimiz Nikosiyada Kipr yığması ilə üz-üzə gəlib.
Turnirin ilk oyununda Bakıda Lüksemburqa uduzan (1:2) Canni de Byazinin komandası səfər matçında ilk qələbəsini qazanıb.
Qeyd edək ki, yığmamız növbəti oyununu oktyabrın 10-da səfərdə Monteneqroya qarşı keçirəcək.
UEFA Millətlər Liqası
C liqası, I qrup
8 sentyabr
22:45. Kipr – Azərbaycan - 0:1
Qol: Maksim Medvedev, 29
Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferents, Boris Marhefka (hamısı Slovakiya)
Nikosiya. GSP stadionu