Qara Qarayev: "Necə oynayacağımızı bilirik"

Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda Kiprlə səfər oyunu öncəsi fikirlərini bölüşüb.

“Qarabağ”ın futbolçusu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bütün diqqətimiz bu oyuna yönəlib. Heyətdə Mahirdən başqa bir itki yoxdur. Oyuna tam hazırıq. Əlimizdən gələni edəcəyik ki durumu xeyrimizə dəyişək, azarkeşlərin rəğbətini qazanaq. Bura daha əvvəl “Qarabağ”la səfər etmişəm. Milli səviyyədə ilk dəfə qarşılaşacağıq. Necə oynayacağımızı bilirik. Ancaq bunu indi demək düzgün deyil. Məşqçilər heyəti rəqibi yetərincə, araşdırıb və lazım olan informasiyanı bizə verib”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right