İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ispan qapıçı Pepe Reynanı heyətinə qatıb. 37 yaşlı qolkiperlə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Reyna son olaraq “Milan”da çıxış edib. “Barselona”nın yetirməsi olan Pepe daha öncə “Vilyareal”, “Liverpul”, “Napoli”, “Bavariya”, “Aston Villa” kimi klublarda da oynayıb.