FIFA referisi Rauf Cabbarov Avropa Liqasının I təsnifat məthələsində "Ordabasi” (Qazaxıstan) – “Botoşani” (Rumıniya) görüşünün baş hakimi olub.
Newsport.az xəbər verir ki, Bakı "İnter"inin sabiq çalışdırıcısı Kaxaber Sxadadzenin rəhbərlik etdiyi "Ordabasi" mübarizəni erkən dayandırıb. Qarşılaşmada Rumıniya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib və II təsnifat mərhələsinə yüksəlib.
Cabbarov qonaqların 4, meydan sahiblərinin 2 futbolçusuna sarı vərəqə göstərib.
Referiyə Elşad Abdullayevlə Namiq Hüseynov kömək ediblər. Kamal Umudlu isə dördündü hakim funksiyasını yerinə yetirib.