“Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirir. Newsport.az xarici mətbuata istiandən xəbər verir ki, “qartallar” qapıçı Mateus Albinonu transfer etməyə yaxındır.
Məlumata görə, ötən il Braziliyanın B seriyası çıxış edən “Londrina” klubunda çıxış edən 25 yaşlı qapıçı “Zirə” ilə razılığa gəlib. Oyunçunun tibbi baxışdan keçdikdən sonra Bakı klubu ilə müqavilə bağlayacağı bildirilir.
Mateus özü də transfer olunacağını təsdiqləyib. O, xaricdən gəklən təklifi geri çevirə bilmədəyini bildirib.
Qeyd edək ki, 2018-ci ildən “Londrina”nın formasını geyinən Mateus Albino bu müddət ərzində meydana çıxdığı 40 oyunun 11-də qapısını toxunulmaz saxlamağı bacarıb.